Xalq artisti Mehriban Zəki həmkarı Xalq artisti Fəxrəddin Manafovla bağlı paylaşım edib.
Referans.az xəbər verir ki, Mehriban sənət dostunun adına "Instagram"da açılmış bir neçə səhifələri "screen" edərək, Manafovun heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirib.
"Bir neçə gün əvvəl "Instagram" hesablarından birində bir xəbərlə rastlaşdım ki, Fəxrəddin Manafov paylaşım etdi.
Sonra axtarışa verdim və qarşıma Fəxrəddin müəllimin adına bir neçə hesab çıxdı. Kifayət qədər izləyicisi ilə. Buradan həmin səhifələri izləyən dostlarıma xəbər vermək istəyərdim ki, Fəxrəddin Manafov sosial mediadan istifadə etmir. Bu barədə dəfələrlə müsahibələrində də deyib. Onun adına hesab açan şəxslərdən isə xahiş edərdim ki, səhifələrin fan səhifələr olduğunu qeyd edəsiniz. İzləyiciləri çaşdırmayın lütfən", - deyə M.Zəki vurğulayıb.