​Fəxrəddin Manafova qarşı SAXTAKARLIQ Adından istifadə edib... /FOTO

​Fəxrəddin Manafova qarşı SAXTAKARLIQ
11:10 27.04.2023
A- A+

Xalq artisti Fəxrəddin Manafova qarşı saxtarkarlıq edilib.

İnstaqramda aktyorun adından saxta hesablar açılıb. Bu barədə Xalq artisti Mehriban Zəki məlumat verib. O, sosial şəbəkə hesabında sözügedən hesabların fotosunu skrin edərək  paylaşıb:

"Bir neçə gün əvvəl instaqram hesablarından birində xəbərlə rastlaşdım ki, Fəxrəddin Manafov paylaşım etdi. Sonra axtarışa verdim və qarşıma Fəxrəddin müəllimin adına kifayət qədər izləyicisi olan bir neçə hesab çıxdı.

Buradan həmin səhifələri izləyən dostlarıma xəbər vermək istəyirəm ki, Fəxrəddin Manafov sosial mediadan istifadə etmir".