​Bankda əmanəti olanların DİQQƏTİNƏ - Bu şəxslər pullarını geri çəkir

​Bankda əmanəti olanların DİQQƏTİNƏ
12:05 27.04.2023
A- A+
“Rabitəbank” ASC-nin depozit portfeli kiçilib.

Referans.az  bu barədə bankın cari ilin birinci rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.

Sözügedən dövrə bankın depozit portfeli 549,456 mln amnat təşkil edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 8,7%, ötən ilin yekunu ilə müqayisədə 9,5% azdır.

Maraqlıdır ki, ötən ilin yekunu ilə müqayisədə fiziki şəxslərin bankdakı depozitləri 2,6% artaraq 325,389 mln manat olsa da, hüquqi şəxslərin depozitlərində azalma müşahidə olunub. Belə ki, rüb ərzində sahibkarlar tərəfindən banka yatırılmış depozitlərin həcmi 22,7% azalaraq 224,068 mln manata enib.

2022-ci ilin ilk rübü ilə müqayisədə isə hüquqi şəxslərin depozitlərinin həcm portfelində 38,3% azalma müşahidə olunub.