Əməkdar artist Gülşad Baxşıyevanın səhhətində problemlər yaranıb.
Aktrisa koronavirusa yoluxub. Bu haqda BAKU.WS-ə danışan Baxşıyeva məlumatı təsdiqləyib.
Onu da bildirək ki, Gülşad Baxşıyeva sonuncu dəfə "Nazik Mətləb" adlı ekran işində çəkilib. Ötən gün ekran əsərinin premyerası baş tutsa da, aktrisa orada iştirak etməyib.