​Azərbaycan şirkəti "Qalatasaray"ın sponsoru olur?

​Azərbaycan şirkəti
15:50 27.04.2023
159 İdman
A- A+
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" klubunun sponsoru ola bilər.

Bu barədə "Sözcü" məlumat yayıb. Şirkət nümayəndələri ilə klub təmsilçiləri arasında görüşlərin davam etdiyi bildirilir.

Razılaşmanın həm maddi, həm də idman tərəfləri var. SOCAR 4 il müddətinə hər mövsüm üçün İstanbul klubuna 20-25 milyon avro ödəyəcəcək. "Cim-bom"un ev oyunlarını keçirdiyi stadion SOCAR-ın adını daşıyacaq.

Bundan başqa, SOCAR yeni mövsümün əvvəlində "Qalatasaray"ın bir ulduz transferinin maliyyə xərclərini qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl SOCAR-ın "Trabzonspor"a sponsor olacağını iddia edirdi.