​Zəlzələdə arvadı və iki uşağı ölən kişi qızını güllələyib özü də intihar etdi

​Zəlzələdə arvadı və iki uşağı ölən kişi qızını güllələyib
16:23 27.04.2023
146 Dünya
A- A+
Türkiyənin Adıyaman bölgəsində 6 fevral zəlzələsində həyat yoldaşı və iki uşağını itirən Ferit Dayan sağ qalan 12 yaşlı qızını tapança ilə vuraraq intihar edib.

Sulh.info.az Haber Türk-ə istinadən xəbər verir ki, hazırda uşaq reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağırdır.

Məlumata görə, müəllim işləyən ata zəlzələdən sağ çıxan və bağçada oynayan 12 yaşlı qızı Asya İrem Dayanı evə çağırıb.

Daha sonra Ferit Dayan çağırdığı kiçik qızının başına silahla atəş açıb. Kiçik uşaq qan içində yerə yıxılıb. Ata ardınca tapança ilə başına atəş açaraq intihar edib.

Silah səsləri üzərinə hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib.