Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı maşını idarə edən 1968-ci il təvəllüdlü Məmmədov Məmməd Hüseyn oğlu sükan arxasında yuxulayıb.
Bu zaman o, maşınını eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpıb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır./apa