112 şokoladı yediyinə görə işdən qovulan işçinin məhkəməsindən yeni xəbər var.
Sülh.info.az BAKU.WS-ə istinadən xəbər verir ki, Ali Məhkəməyə qədər gedən iş üzrə yekun qərar qəbul edilib.
Qeyd edək ki, şirkətlərdən birində geri qayıdan məhsullar üzrə ambardar vəifəsində çalışan şəxs cavabdehliyində olan 112 ədəd məşhur firmanın fındıqlı şokolad və konfetini yemişdi. Şokoladların sayı düz gəlmədikdə isə şirkət ambardarı işdən azad etmişdi.
Bununla razılaşmayan ambardar məhkəməyə üz tutub və yekunda qalib gəlib. Məhkəmə sənədləri araşdıraraq belə qənaətə gəlib ki, yeyilən şokoladlar şirkət üçün hər hansı maddi zərərə səbəb olmayıb. Həmçinin şirkət ambardarın işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısını ödəməlidir.