Bakıda qadın hündürmərtəbəli yaşayış binasından özünü atıb.
SÜLH.İNFO.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” MTK-ya məxsus yaşayış kompleksində baş verib.
Orta yaşlı qadın özünü kompleksin 5-ci binasından ataraq intihar edib.
Sakinlər bildirirlər ki, son 3 ayda 3 nəfər bu kompleksdəki mənzildən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.