Dünyanın ən uzun ömürlü insanlarının yaşadığı ölkələrin adları açıqlanıb.
90-100 il ömür sürən insanların "mavi zona" adlandırılan yerlərdə yaşaması diqqət çəkir.
Ən uzunömürlü insanların yaşadığı 5 bölgənin siyahısını təqdim edirik:
1. İkaria adası. Yunanıstan
Buradakı insanlar adətən 90 ildən çox yaşayırlar. Bu adadakı insanlarda demans və xroniki xəstəliklərə rast gəlinmir. İkarialılar dünyada demans xəstəliyinə ən az tutulan insanlar sırasında da birinci sıradadırlar.
2. Nikoya yarımadası. Kosta-rika
Buradakı insanlar əsasən lobya, balqabaq, qarğıdalı və tropik meyvələrlə qidalanırlar. Həmçinin, yaxşı bədən quruluşa sahib olurlar və 90 ildən çox yaşayırlar. Bununla yanaşı, nikoyalılarda ömürlərini ruhi cəhətdən sağlam keçirirlər.
3. Kaliforniyadakı Loma Linda əyaləti. ABŞ
Burada yaşayan insanlar ət yemirlər. Onlar, əsasən tərəvəz, qoz-fındıq və un məmulatlarına üstünlük verirlər.
4. Okinava adası. Yaponiya
Bu adanın qadınlarının uzunömürlü olması xüsusilə diqqət çəkir. Belə ki, onlar, 100 ildən çox yaşayırlar və göstəricidə dünyada birinci sıradadırlar. Okinava adasının sakinləri də ət yemirlər.
5. Sardinya adası. İtaliya
Okinavadan fərqli olaraq, Sardinya adasının kişiləri uzunömürlü olurlar. Dünyada 100 yaşını keçən ən çox kişinin yaşadı bölgə məhz buradır. Bu adadakı insanlar gündəlik olaraq 10 km məsafə qət edirlər. Adətən tərəvəz yeməklərinə üstünlük verirlər.
Qeyd olunub ki, "mavi zona"da yaşayan insanların uzunömürlü olmağının sirri onların texnologiyadan və dərman vasitələrindən istifadə etməməlidir. Həmçinin, yaşam tərzləri də buna təsir edir. Araşdırmaçılar deyirlər ki, sağlıqlı həyat tərzi və gündəlik idmanla məşğul olmaq 90 ildən çox yaşamağa səbəb olur.