​17 yaşlı qız doğuşa getdi - polisə məlumat verildi

​17 yaşlı qız doğuşa getdi
14:29 28.04.2023
231 Hadisə
A- A+
Quba rayonunda 17 yaşlı qızın Mərkəzi Xəstəxanaya doğuşa gəlməsi ilə bağlı polisə məlumat daxil olub.

Sulh.info.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz rayon sakini olan A.X. dünən xəstəxanaya müraciət edib. Həkimlər onun yetkinlik yaşına çatmadığı dövrdə hamilə qalmasını müəyyən edərək aidiyyəti üzrə polisə məlumat veriblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Azərbaycanda 17 yaşına çatmamış şəxslərin nikaha daxil olması qanunla qadağandır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır.