​"Formula 1"də QORXULU ANLAR - Bolid yandı /VİDEO

​
15:25 28.04.2023
244 İdman
A- A+
"Formula 1" üzrə Azərbaycan Qran-prisində həyəcan dolu anlar yaşanıb.

Sərbəst yürüş zamanı fransalı pilot Pyer Qaslinin bolidi yanıb.

Yanğınsöndürənlər onun avtomobilindəki alovu ram etməyə çalışıblar. Həmin an azarkeşlər tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq viral olub.

Xatırladaq ki, artıq Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. Bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.

BAKU.WS sözügedən videonu təqdim edir: