Erməni əsilli pornoulduz, amerikalı biznes ledi Kim Kardaşyan “American Horror Story” serialının 12-ci sezonunda əsas rollardan birini canlandıracaq.
Sulh.info.az xarici KİV-ə istinadən xəbər verir ki, Kardaşyanın serialın yeni sezonunda rol alması amerikalı aktrisa Şeron Stounun xoşuna gəlməyib. O, pornoulduzu lağa qoyub, onun aktyorluq təcrübəsinin olmamasına və plastik əməliyyata olan sevgisinə işarə edib.
Belə ki, “Daily Mail” nəşri 65 yaşlı Şeron Stoundan sitat gətirib: “Bilirsiniz, aktyorluq bacarığı üçün beyin əməliyyatı kifayət etməyəcək, çünki biz sənətimizə həqiqətən dəyər veririk”.
Qeyd edək ki, iki həftə əvvəl Kim Kardaşyan “American Horror Story” serialının 12-ci mövsümünün aktyor heyətinə qatıldığını açıqlayıb. O, Emma Roberts ilə birgə rol aldığı yeni mövsüm üçün tizer yayımlayıb. /konkret.az