​"Məhkəmədə hər şey üzə çıxacaq" - Mehman Xəlilovun anası

​
15:49 02.05.2023
146 İdman
A- A+
"Məhkəmə olacaq, orada hər şey ortaya çıxacaq”.

Bunu News24.az-açıqlamasında Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun anası deyib.
İdman müəlliminin evinə gedən əməkdaşımıza qısa açıqlama verən qadın bu haqda ətraflı danışmaq istəmədiyini deyib. O qeyd edib ki, məhkəmədə həqiqətlər ortaya çıxacaq.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.