​Astarada 5 uşaq atası özünü güllələdi

​Astarada 5 uşaq atası özünü
15:26 10.12.2021
257 Hadisə
A- A+
Astara sakini intihar edib.
 
SÜLH.İNFO.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Siyəku kəndində qeydə alınıb.
 
Belə ki, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib.
 
Hadisə zamanı o, evdə tək olub.
 
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, İ.Teymurov 5 uşaq atasıdır.