​Azərbaycan-NATO - Hikmət Hacıyev məhsuldar müzakirələr apardı

​Azərbaycan-NATO
16:29 02.05.2023
129 Siyasət
A- A+
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə NATO Müavinlər Komitəsi ilə keçirdiyi ikitərəfli görüş yekunlaşıb.

Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə tvitterdə hesabında məlumat verib.

O bildirib ki, Hikmət Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perspektivləri, Azərbaycanın kommunikasiya və təhlükəsizliyi rolu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məhsuldar fikir mübadiləsi aparıb.