Gecə saatlarında qan donduran hadisə yaşanıb.
Sulh.info.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.
Belə ki, mübahisə zamanı kişi həyat yoldaşını və qayınanasını öldürüb, baldızını və qayınatasını isə yaralayıb.
Əlil baldızının və qayınatanın vəziyyətinin hazırda ağır olduğu bildirilib.
Polislər tərəfindən axtarılan şübhəli həbs edilib.