Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinə düşən yağıntının miqdarı Qəbələdə 53.0 mm (aylıq normanın 44 %-i), İsmayıllıda 22.0 mm (aylıq normanın 18 %-i), Zərdabda 18.0 mm (aylıq normanın 49 %-i), Göyçayda 18.0 mm (aylıq normanın 29 %-i), Qobustanda 17.0 mm, Şamaxıda 13.0 mm, Qrızda 11.0 mm, Oğuz, Şəki, Kürdəmirdə 9.0 mm, Ağdamda 8.0 mm, Ordubad, Ağsu, Qaxda 7.0 mm, Şahbuz, Gədəbəydə 5.0 mm, Lerik, Şahdağ, Xaltanda 4.0 mm, Altıağac, Naxçıvanda 3.0 mm, Qubada 2.0 mm, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Qusar, Göygöl, Tərtər, Yevlax, Sabirabad, Neftçala, Göytəpədə 1.0 mm-dək olub.
Mayın 2-də şimal-qərb küləyi arabir Naxçıvan, Ceyrançöldə 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14-16° isti, Naxçıvanda 12°-dək isti, dağlıq rayonlarda 4-8° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, aran rayonlarında 11-15° isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.