“Hazırda bütün vaksinlər “Omicron” ştamından qoruyur”.
SÜLH.İNFO.az xəbər verir ki, , bunu Kliniki Tibbi Mərkəzin yeni təyin olunan baş infeksionisti Fərrux Sədirov “COVID-19 - Omikron ştamı” mövzusunda çıxışında deyib.
“Buster doza gücləndirici dozadır. Var olan immun cavabın daha da qüvvətləndirilməsi üçün vurulur. Bu, COVID-19-a spesifik olan bir şey deyil. Digər xəstəliklərə qarşı da zamanla, 10 il aralıqla peyvəndləri təkrarlayırıq”.
İnfeksionist qeyd edib ki, hazırda Azərbaycanda “Omicron” ştamı aşkarlanmayıb.