​Tanınmış jurnalistin adından DƏLƏDUZLUQ EDİLİR

​Tanınmış jurnalistin adından
14:17 03.05.2023
123 Hadisə
A- A+
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Əməkdar İncəsənət Xadimi, tanınmış jurnalist Telli Pənahqızının adından dələduzluq edilir.

Jurnalistin Facebook səhifəsi oğurlanıb və onun adından vətəndaşların şəxsi məlumatlarını əldə etməyə çalışırlar. Jurnalsit məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini bildirib. DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, Telli Pəhanqızının şikayət ərizəsi əsasında artıq araşdırmalara başlanılıb. Məsələ diqqətdə saxlanılır.

Telli Pənahqızının adından açılmış saxta profil artıq blok edilib.