Tərtərdə 9-cu sinifdə oxuyan qız qaçırılıb.
Əldə edilən məlumata görə, hadisə kənd məktəblərinin birində qeydə alınıb.
Bu barədə Referans.az-a bölgə müxbiri Şamxal Adıgözəlov özəl açıqlama verib.
"Onlar ailəvi dostdular, qohumdular bir-birləri ilə. Yəni bir-birlərinə qoşulub gediblər. Qız evi şikayətçi deyil. İş artıq Tərtər polisindədir. Polis araşdırma aparır bununla bağlı. Ailənin şikayətçi olmamasına baxmayaraq cinayət işi açılıb. Hər ikisi 10-cu sinif şagirdidir. 16 yaşları var".