Ukrayna dünən gecə dronlarla Kremli vurmağa cəhd edib.
Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, rusiyalı hərbçilər və xüsusi xidmət orqanları Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Hadisə zamanı ölən və yaralananlar olmayıb.
"Kreml Kiyev rejiminin hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Prezidenti Vladimir Putinin həyatına qəsd kimi qiymətləndirir", - mətbuat xidməti vurğulayıb.
Dövlət başçısının öz iş qrafikini “normal qaydada” davam etdirəcəyi əlavə edilib.