​Xaqocanın həbsi təsdiqləndi - O, kimin şikayəti ilə saxlanılıb? (RƏSMİ)

​Xaqocanın həbsi təsdiqləndi
10:19 04.05.2023
144 Hadisə
A- A+
"Tik-Tok" sosial şəbəkəsi istifadəçisi Hüseynov Xəqani həbs edilib.

Bunu Manset.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. O, qeyd edib ki, X.Hüseynov Azər Əmirovun şikayəti əsasında saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərari ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 10 sutka azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Xəqani Hüseynov sosial şəbəkələrdə "Xaqocan" təxəllüsü ilə məşhurlaşıb.