Artıq bir neçə gündür ki, ölkə gündəmini 7 yaşlı uşağın idman zalında məşq edən zaman vəfat etməsi zəbt edib.
Sosial şəbəkədə 7 yaşlı Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibəti olduğu haqda iddialar irəli sürülüb.
Bu gün jurnalist İntiqam Valehoğlunun qonağı olan Aynur Məlikova Mehman Xəlilovla yaxın münasibətləri olması haqda yayılan iddialara cavab verib.
O, yayılan məlumatların əsassız olduğunu, əgər belə hal olsa idi, heç kimə hesab verməli olmadığını bildirib:
"Uşağın bütün ətrafı ilə mən maraqlanıram. Oğlumla məşq edən bütün uşaqlara paltarlarını geyinməkdə kömək edirdim. Bu o deməkdir ki, mən onlarla da yaxınam? Mehmanla hər hansı münasibətim olsaydı deyərdim. Çünki subay və cavan xanımam. Hər şeyə haqqım çatır,heç kimə hesab verən deyiləm".
Həmin müsahibəni təqdim edirik: