Mütəxəssislərin fikrincə, kran suyunun keyfiyyəti xüsusi alətlərə və laboratoriyalara müraciət etmədən evdə də qiymətləndirilə bilər.
Cebhe.info xəbər verir ki, su haqqında ilk təəssürat qoxu, dad, rəng və çöküntünün olması ilə əldə etmək olar.
Suda kənar və ya kəskin bir qoxu olmamalıdır.
Paslı su adətən tünd rəngdə olur, dayanarkən stəkanın dibində çöküntü görünür.
Suyun metal dadı artıq dəmirin olduğunu göstərir.
Qabların üzərində qalan tünd ləkələr hidrogen sulfid izləridir.
Suda yüksək konsentrasiyalı qələvi onu alüminium qaba tökməklə aşkar etmək olar. Belə qablarda yuyucu vasitə olmadan köpük əmələ gələcək.
Bu əlamətlər varsa, onları mümkün qədər tez aradan qaldırmaq lazımdır. Çünki keyfiyyətsiz suyun istifadəsi sağlamlıq problemlərinə səbəb ola bilər.