Ay tutulmasının bürclərə təsiri astrologiya tərəfindən öz təsdiqini tapmış amildir. Bəs, ilin ilk Ay tutulması bürclərə necə təsir edəcək?
Sulh.info.az mütəxəssis astroloqların araşdırmalarına istinadən bu sualın cavabını sizlərə təqdim edir:
2021-ci ilin noyabr ayından buğa əqrəb xəttində olan tutulmalar silsiləsi artıq tamamlanır. Əqrəb bürcündə sonuncu tutulma mayın 5-də olacaq. Oktyabrın 28-də isə 5 dərəcə buğa bürcündə son tutulma ilə bu silsilə ilə vidalaşacağıq, ta ki 2031-ci ilə qədər...
Buna görə də deyə bilərik ki, ayrı-ayrılıqda əqrəb, buğa, şir və dolça bürcləri həyatlarında böyük dəyişiklik və çevrilmə proseslərini tamamladılar. İndi onlar daha rahat nəfəs ala bilirlər...
Ay tutulmaları əslində superay enerjiləridir. Buna görə də yeni başlanğıcları deyil, sonluğu, tamamlamaları ifadə edir. Xüsusilə, əqrəb simvolu (Ay tutulması əqrəb və buğa bürcündədir) krizlərlə əlaqələndirilir və onlar asanlıqla dəyişiklik proseslərini yaşaya bilməzlər. Yenidən doğulmaq üçün əvvəlcə ölməlisən şüarı ilə ya qara, ya da ağ baxış bucağı ilə işləyir. Simurqdur əqrəb. O, əvvəlcə kül olmaq, sonra küllərindən daha güclü doğulmaqdır...
Bu tutulma enerjisi ilə çoxları həyatlarının “qanqren” hissəsini həyatlarından kəsib çıxardacaqlar. O, həyat fəlsəfəsini, hadisələrə yanaşma tərzini dəyişəcək və bunu çox qəfil edəcək. İndi vidalaşacağınız şey vərdişləriniz, işiniz, eviniz və hətta uzun illərdir yaşadığınız qorxularınız ola bilər.
Xüsusilə də bu dövrdə güclü hesab etdiyiniz qalalar dağıla, münasibətlər birdən pozula bilər. Sonsuz hesab etdiyiniz proseslər bitə bilər. Əqrəb həmişə gücü əlində saxlamaq istəyir. Öz seçdiyi dəyişikliklərə tez öyrəşir. Ancaq kənardan gələn nəzarətsiz bir dəyişiklik prosesinə asanlıqla uyğunlaşa bilmir.
Dəyişiklik vaxtı çatıbsa, nəticə qaçılmazdır. Həyatımızdakı dəyişikliyi və transformasiyanı şüurlu şəkildə şərh edərkən, onu qorxulu görürük. Şüurumuz əvvəlcə dəyişikliyə müqavimət göstərir və dəyişiklik prosesi başa çatdıqdan sonra dəyişikliyin bizim xeyrimizə olduğunu və ruhumuz üçün yaxşı olduğunu başa düşə bilərik.
Əqrəb həm güclü, həm də zəhərli heyvandır. Bununla belə, zəhərin öldürücü olduğu kimi müalicəvi gücü də var.