Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində kadr dəyişikliyi olub.
Sulh.info.az “unikal”a istinadən xəbər verir ki, “Azərterminalkompleks”in Kommersiya şöbəsinin rəisi Xosrov Vahabzadə işdən çıxarılıb.
Onun vəzifəsinin icrası Emin Xanbabayevə həvalə olunub.
Qeyd edək ki, Xosrov Vahabzadə barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılıb.