​Məktəbə hücum olub? - İcra başçısından açıqlama

​Məktəbə hücum olub?
17:30 10.12.2021
224 Toplum
A- A+

Xəbər verdiyimiz kimi, Tərtər rayonun Şıxarx kəndində yerləşən 2 saylı orta məktəbə hücum olması ilə bağlı xəbər yayılıb.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, məktəbə kənar şəxslər tərəfindən heç bir hücum olmayıb.

İcra başçısı bildirib ki, Vətən müharibəsi dövründə evləri dağılan bir qrup məcburi köçkün ailəsi evlərinin təmiri başa çatmadığı üçün hələ də Tərtər rayonunun Şıxarx 2 saylı tam orta məktəbində yaşayırlar.

M.Məmmədov qeyd edib ki, fotosu yayılan stullar məktəbin iclas zalınındır.