​Kəmaləddin Heydərov yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - Yeni təyin olunubmuş

​Kəmaləddin Heydərov yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI
14:33 05.05.2023
321 Ölkə
A- A+
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

Manset.az-ın əldə etdiyi məlumata görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Teymur Qabulov FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələki təyinat yoxdur.

Qeyd edək ki, polkovnik Teymur Qabulov ötən ilin sentyabr ayında bu vəzifəyə təyin edilmişdi.