Tam ay maya düşəndə çiçək ayı adlanır.
Bəs, çiçək ayı nədir? Ay tutulması ilə üst-üstə düşməsi nə gətirəcək?
Ölən müğənninin anası əri ilə dava etdi: Saxlanıldı
"Bu aylarda xanımlar və bəylərin hormonları artır" - SEKSOLOQ
Kişilər gələcək həyat yoldaşlarının ən vacib keyfiyyətlərini AÇIQLADILAR
May ayına "Çiçəkli ay" adını ilk dəfə Şimali Amerikada yaşayan hindular qoyublar. Bunu həmin dövrdə çiçəkləmə mövsümünün başlaması ilə əlaqələndirirlər. Ancaq dünyanın digər yerlərində may ayında olan “tam ay” fərqli adlanır.
Çiçək ayı Çinlilərdə Əjdaha ayı, Cənub yarımkürəsində Qunduz və ya şaxta ay, Kelt tayfalarında isə Parlaq ay adlanır.
Məlumata görə, Tam ay Yerə mayın 5-də saat 19:37-də gələcək. Tam ay bəzi bölgələrdə hadisədən bir gün əvvəl və ya bir gün sonra müşahidə edilə bilər.
Bu ayın tam ayı ən nadir hallardan biri olan penumbral Ay tutulması ilə üst-üstə düşür. Onlar 17:14-dən 21:31-ə qədər baş verəcək və hadisənin pik saatı isə 19:22 hesab olunur.
Tam ay güclü enerjiyə malikdir və təbiətə, insanlara təsir edir. Bu dövrdə həm heyvanlar, həm də insanlar narahat olur, onların əhval-ruhiyyəsi tez-tez dəyişir, yuxu pozulur, insanlar qəribə və gözlənilməz hərəkətlər edirlər.
Astroloqların fikrincə, may ayında Ay tutulması tam ayın enerjisini artırır. Buna görə də bu zaman xüsusilə təmkinli olmaq və heç bir təxribatlara yol verməmək lazımdır.
Tam ayda nə etmək olmaz?
Bu dövrlərdə çalışıb təzə işə başlamayın. Çünki işləriniz yolunda getməyə bilər;
Mübahisələrə və münaqişələrə girməyin;
Ağır fiziki əməklə məşğul olmayın və normadan artıq iş görməyin;
Borc pul və kredit götürməyin, Böyük alış-verişlər etməyin;
Spirtli içkilər, ağır yeməklər yeməməyə çalışın;
Həyatınızdan çıxanlara ikinci şansı verməyin;
Tam ayda səfərlərə və işgüzar səfərlərə getməyin.
Bəs, Tam ayda nələr edilməlidir?
Ən əsası bu aylarda yaradıcılıqla məşğul olmaq tövsiyə edilir. Çünki insanların istedadları bu dövrdə daha tez özünü büruzə verir. Həyatdakı mənfiləri düşünməyin və yaxşı şeylər haqda düşünün. Bu ayı mümkün qədər sakit keçirməli, düzgün pəhriz saxlamalı və emosiyalara hakim olmaq lazımdır.