Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində qayınanası Lətifəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb:
"Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.