Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
SÜLH.İNFO.az xəbər verir ki, UEFA-nın saytına azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Napoli"nin yarımmüdafiəçisi Elif Elmas ən yaxşı oyunçu seçilib.
Qeyd edək ki, 22 yaşlı oyunçu Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Lester"ə 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.