​Qocalanda ağlınızı itirmək istəmirsinizsə: Gündə 6-12 dəqiqə…

​Qocalanda ağlınızı itirmək istəmirsinizsə:
16:23 05.05.2023
364 Maraqlı
A- A+

İnternetdən müntəzəm istifadə yaşlı insanlar arasında demensiya riskini azaldır.  

Bunu Nyu-York Universitetinin alimləri müəyyən ediblər. Cebhe.info xəbər verir ki, tədqiqat “Journal of the American Geriatrics Society”-də dərc olunub.

Tədqiqatda yaşı 50 ilə 64,9 arasında olan 18 000-dən çox demensiyası olmayan şəxslər iştirak edib. Müayinə zamanı iştirakçıların 4,68%-nə demensiya diaqnozu qoyulub.

Məlum olub ki, müntəzəm internet istifadəsi təsadüfi istifadə ilə müqayisədə demensiyanın inkişaf riskini təxminən 50% azaldır. Bu münasibət təhsil səviyyəsindən, irqindən, cinsindən  asılı olmayaraq eyni olub. Gündə ən az 6-12 dəqiqə internetdən istifadə edənlərdə demensiya riski ən az səviyyədə olub.

Tədqiqatın müəlliflərinin fikrincə, onlayn qarşılıqlı əlaqə idrakın inkişafına və saxlanmasına kömək edə bilər ki, bu da öz növbəsində beynin qocalmasını kompensasiya edir. Beləliklə demensiya riskini azalda bilər.

Alimlər qeyd ediblər ki, həddindən artıq internet istifadəsi gələcək tədqiqatlarda araşdırılmalıdır . 

Demensiya  unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən Demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvir edir. Demensiya tək bir xəstəlik demək deyil. Əksinə onun bir çox növü vardır. Ən çox rast gəlinən Alzheimer demensiyasıdır, ondan sonra isə damar forması ən çox görülən ikinci növüdür.

Demensiya latın dilində mens – ağıl mənasını verən sözdən götürülüb. Ağıl itkisi deməkdir. Bununla birlikdə bu hal, xüsusən Alzheimer Demensiyası birdən-birə meydana gəlmir, simptomlar tədricən görünür və mütərəqqi olur. Bəzi növləri bədəndə bir maddə çatışmazlığı, maddənin və ya dərmanın yan təsiri səbəbindən meydana gəlir. Bu tip Demensiyalar ümumiyyətlə mütərəqqi və geri çevrilmir.

Beyində hər biri fərqli funksiyalardan məsul olan bir çox fərqli bölgə var (məs. Yaddaş, mühakimə və hərəkət). Beyində olan müəyyən bir bölgədəki hüceyrələrə zərər verildikdə, bu bölgə normal funksiyalarını yerinə yetirə bilməz.

Demensiya beyin hüceyrələrinin zədələnməsindən qaynaqlanır. Bu ziyan beyin hüceyrələrinin bir-biri ilə əlaqə qurma qabiliyyətinə mane olur. Beyin hüceyrələri normal əlaqə qura bilmədikdə bu düşüncə, davranış və duyğulara təsir edə bilər.