​Tanınmış plastik-cərrah bu evdə QƏTLƏ YETİRİLİB - VİDEO

​Tanınmış plastik-cərrah bu evdə QƏTLƏ YETİRİLİB
09:09 08.05.2023
125 Hadisə
A- A+
Abşeronda tanınmış plastik cərrah qətlə yerilib.

Hadisə Novxanı kəndində şəhid Milli Qəhrəman Polad Həşimov küçəsində fərdi yaşayış evində baş verib.

Ötən gecə 41 yaşlı Türkanə Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.