Sulh.info.az lent.az-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti məlumat yayıb.
NASA mütəxəssisləri əmin edirlər ki, bu göy cismi planetimiz üçün təhlükə deyil. Yalnız ölçüsü 150 metrdən çox olan və Yerə 7,4 milyon km-dən az məsafədə yaxınlaşan asteroidlər təhlükəli sayılır. Və 2023 HT4 bu meyarlara cavab vermir.
Bir müddət əvvəl asteroid Yer üzərində uçub və alimlər bunu 2023 GM olaraq təyin ediblər. O, aprelin 17-də yüksək sürətlə planetimizə yaxınlaşıb. ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının mütəxəssislərinin hesablamalarına görə, 2023 GM obyektinin sürəti 72 324 km/saat olub, yəni planetimizə yaxınlaşan obyektlər siyahısındakı əksər asteroidlərdən iki dəfədən çox sürətlidir.