Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Xəbərə görə, mayın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.