Prodüser Təranə Səmədovanın yeni görüntüləri yayılıb.
Sözügedən video hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Təranə və onun tanışı Rasim Həsənovun məhkəməsi zamanı lentə alınıb.
Görüntüləri "İN media" yutub kanalı yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə T.Səmədovanın vəkili vəsatət qaldıraraq, prosesin qapalı keçirilməsini tələb edib. Məhkəmə yerində müşavirədən sonra prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin edib.
Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.