“İndi dəb düşüb, ər evdə arvadının videosunu çəkir, arvad ərini çəkir. Biz sosial verilişlərdə ekspert oluruq, orada nələr görürük. İnsanlar evin içində bir-birinə nəyisə sübut etmək naminə evdə gəlin qayınananı, qayınana gəlini çəkir. Sonra da ailə münaqişəsini ictimailəşdirirlər. Bu gün ailə içərisində etibarsızlıq var. Bunun da altında psixoloji səbəblər yatır. Şübhənin özü belə sayrışan nevrozdur. Həmin şəxslər düşünür ki, belə bir hadisə baş verə bilər və özlərini qorumaqdan ötrü ər-arvad arasında olan xırda münaqişə zamanı da səsyazmalar qeydə alınır”.
Psixoloq ekspert kimi çıxış etdiyi sosial verilişlərdə belə hallarla tez-tez qarşılaşdığını qeyd edib:
“Mən bunu ekspert olduğum efirlərdə də görürəm. Efirə gələnlər arasında öz ərinin, arvadının hətta övladının səsini yazdıranlar var ki, baxın məni necə döyür, necə təhqir edir. Bunun əsas səbəblərindən biri nevrozun olmasıdır. İkinci səbəb sonradan aliment verməmək üçün hər hansı bəhanənin olmamasıdır. Yaxud tərəflər arasında inamsızlıq, güvənsizlikdir. Son səbəb isə sevgi və hörmətin olmamasıdır”.