Bunu İrəvanda jurnalistlərə müsahibəsində Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Karamyan deyib.
Onun sözlərinə görə, 44 günlük müharibə ilə bağlı başlanmış cinayət işi çərçivəsində Şuşanın süqutu epizodu üzrə ibtidai istintaq yekunlaşıb, iş məhkəmə mərhələsindədir.
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın orduda kütləvi şəkildə fərariliklə bağlı açıqlamalarına münasibət bildirən Karamyan qeyd edib ki, belə epizodlarla bağlı çoxsaylı cinayət işləri başlanıb.
İstintaq Komitəsinin sədri ordudakı “beşinci kolon”la bağlı sualı da cavablandırıb.
"Beşinci kolon var idi, məncə, hələ də var. ️Vaxt gələcək, cəmiyyətimiz “beşinci kolon”un nümayəndələrinin kimlər olduğunu, kimə görə uduzduğumuzu, nə üçün uduzduğumuzu, həmin məğlubiyyətin şəraitinin necə inkişaf etdiyini biləcək. Söz verirəm” – Karamyan bildirib.
Ermənistan hakimiyyəti hələ də özgə torpaqlarına göz dikdiklərini etiraf edir. Bu qorxaq və fərari xalq bu qədər məğlubiyyətə rəğmən, yenə də Azərbaycana qarşı ərazi iddiasındadır. Amma bilirlər ki, “dəmir yumruq” daim başlarını əzəcək. Ona görə də böyük güclərin əlində oyuncaq olmağa üstünlük verir, sülh müqaviləsini imzalamaqdan yayınırlar.