“Facebook”, “WhatsApp” və “İnstagram” kimi sosial media platformalarda maliyyə fırıldaqları baş verir.
Bu haqda İngiltərə bankları araşdırma aparıb.
Fırıldaqçıların 80 faizinin Meta-ya məxsus olduğu bildirlib.
Ekspertlər, təsadüfən gələn mesajlarda ehtiyatlı olmaq barədə istifadəçilərə xəbərdarlıq edib. Hər hansı pul köçürmə işi varsa, həmin şəxslə birbaşa əlaqə saxlamaq tövsiyə olunub.
İnvestisiya etmək istəyən yeni şəxslərə müraciət olunub ki, tanınmış platformalara sadiq qalmalı və sosial mediada diqqət çəkən “Tez varlan” kimi mesajlardan çəkinmək lazımdır.
Bu barədə banklar, sosial media platformalarını təcili olaraq təmizləmə aparmağa çağırıb. /Bakupost.az