​"YAP üzvlüyündən çıxarılanlar var" - Tahir Budaqov

​
11:40 11.12.2021
432 Toplum
A- A+

"Hazırda Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin siyahısının dəqiqləşdirilməsi prosesi gedir və artıq bu sahədə bir sıra işlər görülüb".

SÜLH.İNFO.az xəbər verir ki, bunu YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bununla bağlı təmamilə yeni elektron sistem bazası qurulur: "Müxtəlif dövlət qurumları ilə birgə işlər görürülür. "ASAN Xidmət" vasitəsilə bütün partiya üzvlərinin məlumatlarının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, həm qeydiyyat yeri, həm də onların miqrasiya prosesləri ilə əlaqədar işlər aparılır".

T.Budaqov vurğulayıb ki, YAP-a daimi yeni üzvlər qəbul olunur: "Təbii ki, gənclərin müraciəti çoxluq təşkil edir. Partiyanın üzvlüyündən çıxarılanlar var, lakin bu çox məhdud saydadır. Vəfat edənlər də olur. Müxtəlif səbəblərdən partiya uçotunda müvafiq dəqiqləşdirilmələr aparılır. Son statisktikaya əsasən YAP-ın 800 minə yaxın üzvü var".