Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı paylaşım edib.
Xarici siyasət idarəsinin rəhbəri tvitterdə yazıb:
“Bu gün müstəqil, müasir, güclü Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Qəlbimizdə əbədi yaşayan Ulu Öndərin əziz xatirəsini dərin hörmət & minnətdarlıqla yad edirik”.