​Əsir düşən əsgərimizin valideynlərindən Ermənistana ETİRAZ - VİDEO

​Əsir düşən əsgərimizin valideynlərindən Ermənistana
13:59 10.05.2023
149 Toplum
A- A+

“Ağlamaqdan başqa heç nə bilmirik”.

Bu sözləri Erməsnitan tərəfindən əsir götürülən və saxta ittihamlarla cinayət işi açılan əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

A.Bəbirovun atası Qabil Bəbirov Ermənistan tərəfinin qanunsuz hökmü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbçiləri 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu itiriblər, nəticədə Ermənistan ordusu tərəfindən əsir götürülüblər.

Daha ətraflı Baku TV-nin süjetində: