Polis Hasbik ləqəbi ilə tanınan 29 yaşlı dağıstanlı blogger Hasbulla Maqomedovu saxlayıb.
Buna səbəb bloggerin bir qrup dostu ilə avtoxuliqanlıq etməsi olub.
Belə ki, mayın 8-də Dağıstanın Daxili İşlər Nazirliyi içlərində Hasbikin də olduğu yol hərəkəti qaydalarını pozan qrupu saxlayıb. Məlum olub ki, toy şənliyi zamanı onlar şəhər yollarından birini kəsərək drift ediblər. Görüntülərdə Hasbullanın sükan arxasında olmadığı və avtomobilin içərisində olduğu görünür.
Hasbulla və dostları daha sonra sərbəst buraxılıb. Onlara verilən cəza ilə bağlı heç bir izahat verilməyib.
Qeyd edək ki, Hasbikin UFC sahəsi ilə geniş əlaqələri var.