Bu gözlərdə yarım qalmış bir həyatın həsrəti var. Bu gözlərdə bir körpənin yarım qalmış uşaqlığı, güclü duran zərif qızın zilləti, bir qadının ilk sevgiyə nifrəti, körpəsi üçün savaşan bir ananın zəhməti var.
Bu sözləri aparıcı Vüsalə Əlizadə instaqramda hekayə bölümündə paylaşıb. İzləyicisinin "Gözləriniz gülmür. Çoxmu üzdülər sizi" sualına cavab verib. Məşhur həyatın onu ağır imtahanlarla sınağa çəkdiyini qeyd edib.
"Hansı birin deyim dostum, sadalıyım, ipə düzüm. Niyə gülmür bu gözlərim, heç bilmirəm, vallah özüm", - yekunda televiziya ulduzu qeyd edib.
O, həmçinin başqa bir izləyicisinin "Evlilik təklif olsa, qəbul edərsiniz" sualına ilə "Məşədi bunlar nə danışır... Qismətə çox inanıram mən" deyib.
Qeyd edək ki, Vüsalə aparıcı Azər İsmayılovla dörd il evli olub. Onların bu nikahdan Dilək adlı bir qızları var. Vüsalənin qardaşı Əlihüseyn Əlizadə 2021-ci ildə avtomobil qəzasında vəfat edib.