Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, yaxın zamanda qondarma proses başa çatdıqdan sonra onların Azərbaycana qaytarılması və ya Azərbaycanda saxlanılan digər ermənilərlə dəyişdirilməsi mümkündür:
“Digər tərəfdən Ermənistan tərəfi hərbçilərimiz haqqında qondarma cinayət işlərini “qara xalça üzərində ağ saplarla" tikir. Bu cinayət işinin saxta olduğu əvvəlcədən məlum idi”.
Ə.Vediyevin sözlərinə görə, biz erməni tərəfinə əsgərlərimizin dəyişdirilməsi üçün təkliflərimizi verməliyik və eyni zamanda da Azərbaycan ərazisinə qeyri qanuni olaraq silah daşıyan ermənilərin də müəyyən bir qismini həbs edib eyni maddələrlə cinayət məsuliyyətinə cəlb etməliyik: “O zaman Ermənistan bu proseslərin onun üçün nə qədər ağrılı, acılı nəticələrə səbəb olacağını əyani olaraq görəcək”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistanda hər iki hərbiçimizə qarşı qondarma cinayət işi açılıb.