​"Ermənistan sərhəddə canlı qüvvə və..." - Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

​
10:57 11.05.2023
134 Hərbi
A- A+
Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

 Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

"Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.