​Paşinyan bəyan etdi - “Brüssel səfərini ləğv etməyəcəm, sülh müqaviləsini mayın 14-də...”

​Paşinyan bəyan etdi
11:45 11.05.2023
112 Siyasət
A- A+
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

Sfera.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

Bununla yanaşı, baş nazir mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab etdiyini deyib:

"Onu imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim öhdəliyimiz var ki, sənədi mümkün qədər tez hazırlayıb imzalayaq".