​Komaya düşən dörd yaşlı uşağın vəziyyəti ilə bağlı TƏBİB-dən AÇIQLAMA

​Komaya düşən dörd yaşlı uşağın vəziyyəti ilə bağlı TƏBİB-dən
12:56 11.05.2023
130 Hadisə
A- A+
Kürdəmirdə azyaşlıya vurulan iynə onu komaya salıb. Hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, müalicə məqsədilə dörd yaşlı Elmira Rahim qızı Yusifliyə nənəsi antibiotik iynəsi vurub. Bu zaman azyaşlının halı pisləşib və komaya düşüb. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Həkimlər uşağa ilkin tibbi yardım göstərsələr də, onun vəziyyəti ağır olduğundan dərhal azyaşlını Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya azyaşlının vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, hazırda onun TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicəsi davam etdirilir. Müəssisəsinin Təcili tibbi yardım şöbəsində xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda pasiyent həkim nəzarətindədir.

Vəziyyəti orta stabildir, analiz nəticələri müsbətdir. Ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.