​UEFA Mahir Emrelinin komandasını cərimələyib

​UEFA Mahir Emrelinin komandasını
13:45 12.12.2021
444 İdman
A- A+

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.

SÜLH.İNFO.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, buna Varşava təmsilçisinin evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Nəticə klub 40 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.